7 C
Baku
Thursday, December 12, 2024

Bayden Zelenskiyə xəbərdarlıq edib

ABŞ prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskiyə xəbərdarlıq edib. Bayden Zelenskini Vaşinqtonun Kiyevə kifayət qədər yardım göstərməməsi barədə şikayətləri dayandırmağa çağırıb.

Bu barədə “The Washington Post” qəzeti yazıb.

İddiaya əsasən, Bayden Zelenskiyə deyib ki, “əgər Ukrayna lideri yardımın kifayət etmədiyini söyləməyə davam etsə, Konqresdən pul istəmək onun üçün çətin olacaq”.

Qeyd edilib ki, oktyabrın əvvəlində Bayden Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb. Bu məbləğin 4,5 milyard dolları Kiyevə iqtisadi dəstək üçün, digər hissəsi isə dövlət orqanlarının işinin təmin edilməsinə yönəldiləcək.

Xatırladaq ki, ABŞ Rusiyanın müharibəyə başlamasından sonra Ukraynaya davamlı yardım göstərsə də, Kiyev bunun kifayət etmədiyini düşünür. Bildirilir ki, ABŞ Ukraynanın qalib gəlməsi üçün daha çox yardım göstərməlidir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər