20 C
Baku
Thursday, October 23, 2025

Baydenin ilk prezident brifinqinin tarixi açıqlanıb

ABŞ prezident seçkilərində qalib gəldiyini elan edən Co Baydenin ilk prezident brifinqi bazar ertəsi günü baş tutacaq.

Banker.az “RİA Novodti”yə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah bildirib.

“30 noyabrda bazar ertəsi günü, yeni seçilmiş Co Baydenin ilk prezident brifinqi baş tutacaq. Sonra o, məsləhətçiləri ilə görüşəcək”, – mesajda deyilir.

Qeyd edək ki, brifinq zamanı Amerika prezidenti kəşfiyyat xidmətlərindən məlumat alır.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp federal səlahiyyətlərin Baydenə ötürülməsi üçün razılıq vermişdir. Bununla belə, ABŞ-ın hazırkı prezidenti məğlub olduğunu qəbul etmir və seçki nəticələrini məhkəmələrdə təkzib etməyi planlaşdırır. Növbəti prezidenti andiçmə mərasimi 20 yanvar tarixidə keçiriləcək.

 

Son xəbərlər
Digər xəbərlər