ABŞ-da demokratlardan prezidentliyə namizəd Co Baydenin oğlu Hanter Ukraynanın “Burisma” qaz şirkətindən qazandığı təxminən 400 min ABŞ dolları vergi bəyannaməsində
Bu barədə “Fox News” Hanter Baydenin maliyyə vəkili arasındakı yazışmalarına istinadən xəbər verir.
Bildirilib ki, Hanter Bayden 2014-cü ildə 847 328 ABŞ dolları gəlir əldə etdiyini bildirib. Halbuki bu rəqəm 1 247 328 ABŞ dolları olub.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Hanter Baydenin maliyyə fəaliyyətlərinə dair istintaq çərçivəsində Ukraynanın “Burisma” şirkəti də daxil olmaqla bir çox təşkilatın işi ilə bağlı məlumat istəyib.
Ümumilikdə nazirlik 20-dən çox təşkilatdan kiçik Baydenin maliyyəsi ilə əlaqəli sənədlər tələb edib.
Xüsusilə Ədliyyə Nazirliyi digər ölkələrlə ticari münasibətlərdə vergi qanunlarının və çirkli pulların yuyulmasına dair qanunların pozulması məsələlərini araşdırır.