21 C
Baku
Thursday, August 11, 2022

Baydenin qələbəsi dollara necə təsir göstərəcək – Ekspertlərin rəyi

ABŞ-dakı prezident seçkilərində demokrat Co Baydenin qalib gəlməsi beynəlxalq bazarda dolların dinamikasına mənfi təsir göstərə bilər, xüsusən də indiki vaxtda.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, nəticədə dollar avroya nisbətən 1-2% itirəcək, çünki iqtisadiyyatın stimullaşdırmaq məqsədilə görülən tədbirlər valyutanı xeyli ucuzlaşdıracaq.

Qeyd edək ki, iqtisadiyyatı stimullaşdıran tədbirlər paketi hər iki halda tətbiq ediləcək – həm Baydenin, həm də Trampın qalib gəldiyi təqdirdə. Lakin Baydenin bu sahədə daha çox iş görəcəyi gözlənilir.

Koronavirus pandemiyası fonunda iqtisadiyyatı dəstəkləmək üçün görülən digər tədbirlər, respublikaçı Tramp ilə konqresdəki demokratlar arasında mübahisə mövzularından biridir. Tərəflər nə vəsaitin miqdarı, nə də məqsədləri barədə ortaq razılığa gələ bilmirlər.

Respublikaçılar Partiyası dəstək tədbirlərinə 1,8 trilyon dollar ayırmağa hazır olduğunu bildirmişdi, halbuki Nümayəndələr Palatasının sədri Nensi Pelosi 2,2 trilyon dolların ayrılmasının tərəfdarıdır.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək, bir çox ştatda artıq səs verməyə başlayıblar. Bildiyimiz kimi, seçkilərdə respublikaçı Donald Tramp və demokrat Co Bayden iştirak edir.

Dolların indiki səviyyəyə nisbətən 1-2% ucuzlaşması mümkündür, daha sonra müəyyən tendensiya yaranacaq. Bu tendensiyanın istiqamətini isə ABŞ-ın və Avropa Birliyinin iqtisadiyyatı stimullaşdırmaq üçün hansı alətlərə əl atmalarından asılı olacaq.

Son xəbərlər
Oxşar xəbərlər