Konqres seçkilərinə iki həftə qalmış ABŞ Prezidenti Co Baydenin reytinqi 40 faizə enib ki, bu da sentyabr ayında qeydə alınan göstəricidən 2 faiz azdır.
“Gallup” sosiologiya xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, amerikalıların yarıdan çoxu Co Baydenin prezident kimi fəaliyyətini mənfi qiymətləndirir. Bu da qarşıdakı seçkilərində onun təmsil etdiyi Demokratlar partiyasının qələbə şanslarının azalması deməkdir.
ABŞ-ın hazırkı prezidentinin fəaliyyətinin maksimal bəyənilmə səviyyəsi avqust ayında (44 faiz) minimum bəyənilmə səviyyəsi isə iyulda (38 faiz) qeydə alınıb.
Politoloqların proqnozlarına görə, respublikaçılar noyabrın 8-də keçiriləcək seçkilərdə ölkənin ali qanunverici orqanının hər iki palatasında saylarını artıra bilər ki, bu da onlara Co Bayden tərəfindən irəli təkliflərin qarşısını almaq imkanı yaradacaq.
“Gallup” sosiologiya xidmətinin oktyabrın 3-dən 20-dək keçirdiyi sosioloji rəy sorğusunda 1009 amerikalı iştirak edib.