26 C
Baku
Saturday, July 27, 2024

Baydenin reytinqi anti-rekordu yeniləyib

ABŞ Prezidenti Co Baydenin reytinqi yüksələn inflyasiya fonunda rekord 36%-ə düşüb. Sorğunun nəticələrinə görə, amerikalıların 59%-i Baydenin fəaliyyətindən narazıdır ki, bu da ötən həftə ilə müqayisədə 6% azalma deməkdir.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Bunla belə, qeyd edildiyi kimi, hazırkı prezidentin reytinqi nə qədər aşağı olsa da, 2017-ci ilin dekabrında reytinqi 33%-ə düşmüş Donald Trampdan yüksəkdir.

Sorğu 23 və 24 may tarixlərində keçirilib, ümumilikdə 1005 nəfər iştirak edib. Onlardan 456 nəfər demokratları, 358 nəfər isə respublikaçıları dəstəkləyir.

Son xəbərlər
Digər xəbərlər