Amerikalıların yarıdan çoxu (53%) Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini dəstəkləmir. Banker.az xəbər verir ki, bununla əlaqədar olaraq, siyasətçinin reytinqi anti-rekordu yeniləyib.
Sorğu nəticələrinə əsasən, Baydenin fəaliyyətini respondentlərin 41%-i dəstəkləyib, 39% onun iqtisadi sahədəki fəaliyyətini müsbət qiymətləndirib, 55% isə tamamilə əleyhinə çıxıb. Ağ Ev rəhbərinin koronavirusla mübarizə tədbirlərini sorğulananların 47%-i dəstəkləyib, 49%-i əleyhinə çıxış edib.
Respondentlərin 35%-nin fikrincə, Bayden prezident kimi on ay ərzində “çox” və ya “kifayət qədər” nailiyyət əldə edib, 63% isə onun “praktiki olaraq heç nə” etmədiyini vurğulayıb. Sorğulanan şəxslərin təxminən üçdə biri (31%) siyasətçinin seçki vədlərini yerinə yetirdiyini bildirib, 51% isə tamamilə əks fikirdə olduğunu qeyd edib.
Xatırladaq ki, Co Bayden ABŞ-ın prezidenti olaraq 2021-ci ilin yanvar ayında seçilib.