12 C
Baku
Saturday, November 23, 2024

Baydenin reytinqi son iki ilin minimumuna enib

ABŞ Prezidenti Cozef Baydenin amerikalılar arasında populyarlığı 36 faizə düşüb ki, bu da, demək olar, son iki ilin ən aşağı göstəricisidir.

Bu barədə “Reuters” və “Ipsos”un birgə keçirdiyi sorğunun nəticələrindən məlum olub.

Bildirilib ki, Amerika liderinin reytinqi sonuncu dəfə 2022-ci ilin iyulunda belə aşağı səviyyədə olub. Bu ilin aprelində respondentlərin 38%-i Baydenin işini müsbət qiymətləndirib.

Qeyd olunub ki, sorğu iştirakçılarının 23%-i ABŞ-də iqtisadiyyatın vəziyyətini ən ciddi problem hesab edib, 21%-i əsasən siyasi ekstremizm problemi, 13%-i qanunsuz miqrasiya problemindən narahat olub.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Praymerizlərin (ilkin seçkilər) və kokusların (partiya fəallarının yığıncaqları) sonuclarına görə, Bayden artıq Demokratik Partiyadan prezidentliyə namizəd kimi irəli sürülməsini təmin edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər