11 C
Baku
Monday, November 25, 2024

Baydenin tələbə kreditlərini silmək planı ABŞ-a ildə $24 milyarda başa gələcək

ABŞ Prezidenti Co Baydenin keçmiş tələbələrin kreditlərini silmək planı Amerika büdcəsinə ildə 24 milyard dollara başa gələcək.

Bu barədə məlumat Ağ evin mətbuat katibi Karin Jan Pyer tərəfindən açıqlanıb.

“Əgər ehtimal olunsa ki, tələbələrin 75 faizi Prezidentin tələbə borclarını ləğv etmək planı ilə razılaşsa, bu, ildə 24 milyard dollara yaxın pul vəsaitinə bərabər olacaq”, – deyə mətbuat katibi bildirib.

ABŞ Prezidenti tələbələr üçün kredit yükünü yüngülləşdirmək barədə federal planı çərşənbə günü elan edib. Bu plan ildə 125 min dollardan az qazanan 10 minədək borclunun kreditinin silinməsini nəzərdə tutur. Beləliklə, Co Bayden 2020-ci il seçkiqabağı kompaniyada verdiyi vədi yerinə yetirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər