4 C
Baku
Tuesday, December 24, 2024

Baydenin yaxın adamı uşaqları ilə daha çox vaxt keçirmək üçün işdən ayrılır

Ağ Ev, Kommunikasiyalar üzrə direktor Kate Bedingqfildin bu ayın sonunda vəzifəsini tərk edəcəyini təsdiqləyib.

Banker.az xəbər verir ki, Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfildin işdən ayrılması ilə bağlı Amerika mətbuatında çıxan xəbərlərin ardınca Ağ Evdən yazılı açıqlama verilib.

Açıqlamada deyilir: “Prezident Co Baydenin uzun müddət etibarlı köməkçisi və həm seçki kampaniyasında, həm də administrasiyasında yüksək səviyyəli strateq olmuş Bedinqfild həyat yoldaşı və azyaşlı uşaqları ilə daha çox vaxt keçirmək üçün iyulun sonunda Ağ Evi tərk edəcək”.

Açıqlamada Bedinqfildin 18 aylıq vəzifəsində mühüm töhfələr verdiyinə diqqət çəkilib və belə bir ifadə yer alıb: “Bedinqfildin əzmi və istedadı olmasaydı, Donald Tramp hələ də Ağ Evdə olardı”.

Vitse-prezidentlik dövründən bəri Baydenin yaxın məsləhətçilərindən biri olan və 2020-ci il seçki kampaniyasında mühüm rol oynayan Bedinqfild, Bayden 2021-ci ilin yanvarında prezident kürsüsünə keçəndən sonra Ağ Evin kommunikasiya direktoru vəzifəsində çalışır.

Demokratların 2022-ci ilin noyabrında Konqres aralıq seçkilərində çətin bir dönəmə girdiyi vaxtda Bedinqfildin işdən çıxmağı diqqət çəkib.

Son xəbərlər
Digər xəbərlər