16 C
Baku
Thursday, April 18, 2024

Baydenlə Çin liderinin görüşü hazırlanır

Çin lideri Si Cinpin bu ilin noyabrında planlaşdırılan G20 və ya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı ABŞ Prezidenti Co Baydenlə görüşə bilər.

Bu barədə “Wall Street Journal” (WSJ) nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, liderlər iki sammitdən birində görüşə biləcəklər.

Qeyd edək ki, Si Cinpin 2020-ci ilin yanvar ayından COVID-19 pandemiyasına görə Çini tərk etməyib.

 

 

Son xəbərlər
Digər xəbərlər