19 C
Baku
Sunday, October 13, 2024

Baydenlə Netanyahu İsrailə hücumu müzakirə ediblər

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, hər iki ölkə lideri bugün baş verənlər ətrafında müzakirələr aparıb və Cozef Bayden ölkəsinin İsrailin yanında olduğunu və İsrailin özünü müdafiə etmək hüququnu tam dəstəklədiyini vurğulayıb

Məlumatda deyilir ki, daha sonra Netanyahu Baydenə verdiyi dəstəyə görə təşəkkür edib və ona deyib ki, “İsrailin qalib gələcəyi uzun və güclü kampaniya tələb olunacaq”.

Bundan başqa Baş Nazirinin ofisinin yaydığı məlumata görə, Netanyahu Fransa Prezidenti Emanuel Makron və Hollandiyanın Baş naziri Mark Rutte ilə də danışıb. Hər iki lider İsrailin özünü müdafiə etmək hüququna tam dəstəyini ifadə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər