12 C
Baku
Sunday, November 24, 2024

“Bayıl Bay” ən yaxşı daşınmaz əmlak layihəsi kimi “Beynəlxalq Əmlak Mükafatı”na namizəd göstərilib – FOTO

®“Bayıl Bay” yaşayış kompleksi “Beynəlxalq Əmlak Mükafatı 2024” (International Property Award) çərçivəsində “Asiya Sakit Okean regionunda ən yaxşı əmlak layihəsi” mükafatına namizəd göstərilib.

Bu nailiyyət daha əvvəl “Bina Memarlığı üzrə Beynəlxalq Əmlak Mükafatı”-nı qazanan “Bayıl Bay” layihəsinin sayca ikinci mükafatıdır.

“Bayıl Bay” Bakıda yüksək keyfiyyətli yaşayış və kommersiya obyektlərinin tikintisi üzrə ixtisaslaşmış aparıcı şirkət olan “Baku City Residences” brendinin qabaqcıl layihələrindən biridir.

Bu baxımdan “Bayıl Bay” layihəsinin memarlıq yaşayış kompleksləri sahəsində yüksək reytinqi, həmçinin “Asiya-Sakit Okean regionunda ən yaxşı daşınmaz əmlak layihəsi” mükafatına namizəd göstərilməsi heç də təsadüfi deyil.

Layihə davamlı inkişafın və yeni həyat keyfiyyətinin simvolu kimi “Baku City Residences” brendinin öz missiyasını uğurla həyata keçirdiyinin parlaq nümunəsidir.

Tanınmış italyan memarı Mauro Lipparini tərəfindən layihələndirilən “Bayıl Bay”, 16 növ bitkidən ibarət şaquli fasad peyzajına malik 17 mərtəbəli binadır.

Bu gün “Bayıl Bay” yaşayış üçün innovativ məkan olmaqla yanaşı, həm də gəlirli və gələcək üçün sərfəli investisiya imkanıdır:

– Unikal məkan: “Bayıl Bay” dəniz sahilində, dənizin ilk xəttində yerləşir.

– Məhdud sayda mənzil: Layihəyə sahələri 249 və 436,6 kv.m arasında dəyişən cəmi 37 açıq planlı mənzil daxildir.

– Gəlirli investisiya: Dəniz mənzərəsi “Bayıl Bay”-dakı mənzillərin qiymətlərini daha da artırır.

“Bayıl Bay” şəxsi sahəyə önəm verən, eyni zamanda şəhərin mərkəzində və dəniz kənarında yaşamağı üstün tutan təbiət həvəskarları üçün ideal məkandır. Sakinlərin rahatlığı üçün kompleksdə konsyerj xidməti, spa və fitnes mərkəzi, infinity pəncərəli hovuz və ofislərin icarə sahəsi mövcuddur.

Şəhər bulvarına piyada məsafədə yerləşən “Bayıl Bay” yaxınlığında ticarət mərkəzi, məktəblər, özəl klinikalar və nəqliyyat qovşaqları var.

“Bayıl Bay”-ın “Asiya Sakit Okean regionunda ən yaxşı əmlak layihəsi” nominasiyası onun müstəsna dizaynını, keyfiyyətini və müasir yaşayışın yüksək standartlarını daha da məşhurlaşdırır.

Bu məşhurluq isə COP-29 ərəfəsində baş verir. Bu əlamətdar hadisə ərəfəsində “Bayıl Bay”-ın qlobal daşınmaz əmlak sferasındakı gələcək uğurları Azərbaycanın dünya səviyyəli layihələr həyata keçirməyə qadir ölkə potensialının göstəricisidir.

Beynəlxalq Mülkiyyət Mükafatı haqqında

“Beynəlxalq Əmlak Mükafatı” (International Property Award) hər il dizayn, memarlıq və tikinti sahəsindəki görkəmli nailiyyətlərin mükafatlandırıldığı daşınmaz əmlak sferasındakı ən nüfuzlu müsabiqələrdən biridir.

Müsabiqənin münsiflər heyəti hər bir layihəni unikal dizayn, yüksək keyfiyyətli tikinti, imkan müxtəlifliyi, yerləşmə və ətraf mühitə uyğunluq kimi bir sıra meyarlar əsasında qiymətləndirir.

“Baku City Residences” haqqında:

“Baku City Residences” Bakıda yüksək keyfiyyətli yaşayış və kommersiya obyektlərinin tikintisi üzrə ixtisaslaşmış aparıcı daşınmaz əmlak şirkətidir. Şirkət “Baku City Residences Koroğlu”, “Baku City Residences Khatai”, “Baku City Residences Olimpik”, “Shusha City Residences”, “Bayıl Bay”, “Yacht Club Residences” kimi layihələri ilə tanınır.

2 4 3 1 4 5

Son xəbərlər
Digər xəbərlər