Türkiyənin “Baykar” texnologiya şirkəti İtaliyanın “Piaggio Aerospace” şirkətini satın alıb.
Məlumatı İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi də təsdiq edib.
Məlumatda qeyd olunur ki, bu satınalma ilə “Baykar”, “Piaggio Aerospace” tarixi irsini qorumaqla yanaşı istehsal gücünü də artıracaq.
Bildirilir ki, “Baykar” bu satınalma nəticəsində Avropa bazarındakı təsirini artıracaq.