Ukraynanın Rusiyaya qarşı müharibəsində Türkiyə PUA-larının təsiri böyükdür.
Litva bunu nəzərə alaraq, Ukraynaya dəstək məqsədilə Türkiyədən “Bayraktar” PUA-larını almağa qərar verib.
Məlumata görə, yeni alınan PUA-alar Ukrayna ordusuna bağışlanacaq.
Qeyd edək ki, Litvanın Laisves telekanalının təşəbbüsü ilə başlayan kampaniyaya ölkənin müdafiə naziri Arvydas Anuşauskas da dəstək verib.