Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatı Litvadan Ukraynaya təhvil verilib.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Yermak Litva xalqına və Türkiyənin pilotsuz təyyarələr istehsalçısı olan “Baykar Makina” şirkətinə minnətdarlığını bildirib.
Türkiyə tərəfi sövdələşmənin 4,4 milyon avrosunun Ukraynaya humanitar və digər yardımların göstərilməsi üçün istifadə olunmasını, qalan hissəsini isə Litva tərəfindən cihazı silahlarla təchiz etmək istəyini bildirib.