4 C
Baku
Sunday, December 4, 2022

“Bayraktar TB2″lər daha bir ölkənin hərbi arsenalına daxil edildi

Türkiyənin pilotsuz uçuş aparatı “Bayraktar TB2″lərin Polşaya təslimatı baş tutub.

Miroslavets şəhərindəki təslimat zamanı 12 PUA-dan 6 ədəd “Bayraktar TB2″i Polşa Silahlı Qüvvələrinə təhvil verilib.

Təslimat zamanı tədbir keçirilib. Polşa Müdafiə Naizri Mariusz Blaszczak çıxış edib.

O “Bayraktar TB2” pilotsuz uçuş aparatalarının Polşanın hava müdafiəsi gücünü daha da artıraracağını və ordunu daha da gücləndirəcəyini diqqətə çatdırıb. Polşa dövlət başçısı daha sonra fikirlərinə belə davam edib:

“Polşadakı müxalifət bu PUA-ların istifadə olunmayacağını iddia edirdi. Lakin Bayraktarların UKraynadakı gücünü gördükdən sonra bizim haqlı olduğumuzu gördülər. Bu Polşa ordusunun müasirləşməsi üçün böyük bir mərhələdir”.

Qeyd edək ki, Poşa ilə Türkiyə arasında ötən ilin mayın 24-də əldə edilmiş razılaşmaya əsasən Türkiyə 24 PUA-nın Polşaya satışına icazə verib.

Son xəbərlər
Digər xəbərlər
X