15 C
Baku
Friday, May 3, 2024

Bayraktar Ukraynada dron zavodu tikildiyini açıqlayıb

Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsalı zavodunun tikintisinə başlayıb. Müəssisədə “Bayraktar”ın TB2 və TB3 modellərinin istehsalı nəzərdə tutulub.

Bu barədə şirkətin başçısı Haluk Bayraktar Səudiyyə Ərəbistanındakı sərgidə açıqlayıb.

Onun sözlərinə görə, zavod paytaxt Kiyevin yaxınlığında tikilir.

“Tikintini başa vurmaq üçün 12 aya ehtiyacımız var və daha sonra daxili təchizat, təminata və təşkilati struktur məsələlərinə keçəcəyik. Ukraynadakı zavod böyükdür, 500 nəfər işə götürmək planlaşdırırıq”, – o deyib.

Bayraktar vurğulayıb ki, yeni zavod ildə 120 vahid TB2 və TB3 istehsal etmək iqtidarında olacaq. Davam edən münaqişə ilə bağlı təhlükəsizlik məsələlərinin zavod üçün narahatlıq yaradıb-yaratmayacağı ilə bağlı suala o, planlar üzrə “tam sürətlə irəlilədiklərini” və “heç nəyin” onları dayandıra bilməyəcəyini söyləyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər