8 C
Baku
Sunday, January 29, 2023

Bayram günləri ilə bağlı sərnişin qatarları optimallaşdırılacaq

Sərnişinlərin artan tələbatını nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yeni il bayramı günləri ilə bağlı sərnişin qatarlarının optimallaşdırılmasını həyata keçirəcək.

Bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, Zəfər Günü ilə bağlı Bakı-Sumqayıt marşrutu üzrə istifadə olunan ehtiyyat qatarlardan Gəncə istiqaməti üzrə istifadə olunub.

“Bu cür optimallaşdırma Yeni il üçün də istifadə olunacaq”, – Rövşən Rüstəmov qeyd edib.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları”nın bütün strukturları 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. Bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatı nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.

Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkət edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X