8 C
Baku
Saturday, December 3, 2022

Bayram günlərində bağlı olacaq küçələrin siyahısı açıqlanıb

Banker.az-ın verdiyi xəbərə görə, Novruz bayramı ərzində bağlı olacaq küçələrin siyahısı açıqlanıb. Qeyd edək ki, 22-27 mart tarixlərində bir neçə küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulur.

1. Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər); 

2. Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər); 

3. A.Salamzadə küçəsi (“Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər – 3 yerdə); 

4. Nazim Hikmət küçəsi (Musabəyov dairəsi); 

5. Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər); 

6. Ziya Bünyadov prospekti (“Azadlıq” körpüsünün üstü – 3 yerdə);  

7. Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən “20 Yanvar dairəsi”nə qədər); 

8. Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər); 

9. Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən “Santral” mağazaya qədər olan hissə – 6 yerdə); 

10. Ziya Bünyadov prospekti (“Santral” mağazanın qarşısında yan yollar); 

11. Şəhər şosesi (Zabrat yolu);  

12. “Koroğlu” körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində); 

13. Bakı Dairəvi I yolu (“Binə” ticarət mərkəzindən Biləcəri istiqamətində); 

14. Heydər Əliyev prospekti – Mərdəkan – Bilgəh avtomobil yolunun rənglənməsi; 

15. Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi; 

16. Salyan şosesi (Arif İsmayılov küçəsindən “20 sahə dairəsi”nə qədər).

Son xəbərlər
Digər xəbərlər
X