6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarı işləyəcək? – AÇIQLAMA

Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarlarının hansı qrafik üzrə hərəkət edəcəyi açıqlanıb.

Azərbaycan Dəmir Yolları QSC-dən  verilən məlumata görə, 31 dekabr, 1 yanvar və 4 yanvar tarixlərinin qeyri-iş günləri olması ilə əlaqədar olaraq, həmin günlər yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar
Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar
Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar
Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar
Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar
Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 və 3 yanvar tarixləri (şənbə və bazar) qatarlar hərəkətdə olmayacaq.

Mənbə:Oxu.Az
Son xəbərlər
Oxşar xəbərlər