6 C
Baku
Şənbə, Yanvar 22, 2022

Bayram günlərində hava necə olacaq?

“Yeni il gecəsi deyəndə göz önünə qarlı-şaxtalı bir mənzərə gəlir. Ölkəmizin iqlimi o qədər rəngarəngdir ki, düzən və sahilyanı ərazilər üçün qar nadir hadisə olsa da, dağlıq regionlarda bu adi haldır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, aparılan təhlillərə əsasən deyə bilərik ki, son 20 ildə Bakı və Abşeron əhalisi Yeni ili yalnız dörd dəfə 2007, 2009, 2012, 2016-ci illərdə sulu qar və qarla qarşılayıb:

“2009-cu ilin Yeni ilində isə yağan qarın hündürlüyü 14 santimetr olub ki, bu da Bakı üçün nadir hadisə idi. Ən aşağı temperatur Bakıda və Abşeron yarımadasında 2009-cu ildə 1.6 dərəcə şaxta olmaqla qeydə alınıb. Ölkəmizin digər bölgələri üzrə ən aşağı göstərici 2006-cı ildə Naxçıvan MR-da 26,5 dərəcə şaxta olub”.

“Qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq. Bayramın ilk günləri dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisində hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək”, – deyə o qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər