16 C
Baku
Friday, April 19, 2024

Bayram günləri ərzində bu banklar işləyəcək – FİLİALLARIN SİYAHISI

Ölkə əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədi ilə 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Bayram günləri ərzində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Maliyyə Bazarlarına Nəzarət Palatası paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə etmişdir.

Bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə  yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək.

Bakıda yerləşən 6 bankın 8 filial və şöbəsi  24/7 rejimində fəaliyyət göstərəcək.

SİYAHI: 20-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları 

Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator:  Azər Quluyev
Mobil:
+994 70 922 29 99
E-mail:
[email protected]

20-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az  saytında tanış olmaq olar.

 

Son xəbərlər
Digər xəbərlər