7 C
Baku
Sunday, December 15, 2024

Bayram günlərində işləyən bankların siyahısı

31 dekabr 2019 – 6 yanvar 2020-ci il tarixlərində bayram günləri ərzində bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində Mərkəzi Bank tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.

Koordinator: Azər Quluyev

Qaynar xətt: (+994) 70 922 29 99

Gücləndirilmiş iş rejimində çalışacaq bankların və “Azərpoçt” MMC-nin satış nöqtələrinin iş qrafiki cədvəldə təqdim edilir.

Bankların siyahısı

Azərpoçt MMC-nin satış nöqtələri

Son xəbərlər
Digər xəbərlər