Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Müayinə Mərkəzləri bayram günlərində gücləndirilmiş rejimdə fasiləsiz fəaliyyət göstərəcək.
İdarədən verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 6 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, Bakının Sabunçu və Qaradağ rayonlarında (“Sədərək” Ticarət Mərkəzinin yanı) yerləşən Müayinə Mərkəzləri 24 saat fasiləsiz iş rejimində sürücülərin xidmətində olacaq.
Bildirilib ki, əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.