Xəbər verdiyimiz kimi, AMB-də Dövlət Neft Fondu tərəfindən keçirlən valyuta hərracı 15 gün ardıcıl olaraq USD:AZN məzənnəsi sabit qalaraq 1,7001 səviyyəsində müəyyən olunub.
Banker.az-ın saat 16:00 radələrənə olan monitorinqinə görə, Bayram öncəsi Azərbaycan kommersiya banklarının bir neçəsi, eləcə də, Azərpoçt dolların alış-satış məzənnəsində dəyişiklik edib.
Araşdırmaya görə, 24 saat ərzində yalnız “XalqBank” dolları bahalaşdırıb. Belə ki ötən gün, 1,7020 manata satılan dollar hazırda bankda 1,7040 manat dəyərindədir.
Digər 9 bankda isə dolların məzənnəsi əksinə, endirilib.
Hazırda dolları ən aşağı, yəni, 1.7020 manata “Yapı Kredi Bank” və “TuranBank” satır. Ən baha isə adəti üzrə “Naxçıvanbank”dadır – 1,7070 manat.