Azərbaycan kommersiya bankları dollar alışı və satışında olan yeni qiymətləri elan edib.
Banker.az monitorinqnin saat 10:30 radələrinə olan araşdırmasına əsasən ABŞ dollarını bayram öncəsi dəyişmək üçün ən sərfəli 5 bankın adını açıqlayıb.
ALIŞ- Dollar alan banklar arasında ən sərfəli qiymətə hazırda “Amrahbank” ASC və “Günaybank” ASC həyata keçirir. Adıçəkilən kommersiya bankları hazırda dolları ən sərfəli, yəni, yüksək məzənnə ilə 1,7010 manatla qəbul edir.
Banın adı | USD:AZN ALIŞ |
1. Günay Bank | 1.7010 |
2. Amrahbank | 1.7010 |
3. TuranBank | 1.7000 |
4. AtaBank | 1.7000 |
5. Bank VTB | 1.7000 |
SATIŞ – Hazırda dolları ən sərfəli qiymətə “Turanbank” ASC satır. Belə ki, bu bank ABŞ valyutasını 1,7025 manatla satmaqla ən sərfəli satanlar arasında liderdir.”Naxçıvanbank” ASC həmişəki kimi, ən baha dollar bank kimi öndə gedir. Hazırda bu bank dolları ən baha, yəni, 1,7070 manata satır.
Bankın adı | USD:AZN SATIŞ |
1. TuranBank | 1.7025 |
2. Kapital Bank | 1.7030 |
3. Azər Türk Bank | 1.7030 |
4. Yapı Kredi Bank Azərbaycan | 1.7030 |
5. AFB Bank | 1.7035 |