Qarşıdan xalqımızın ən böyük bayramlarından biri olan “Novruz” bayramı gəlir. Bu bayram hər il olduğu kimi bu il də  istirahət günlərinin sayının çoxluğu baxımından digər bayramlardan fərqlənir. Belə ki, dövlət tərəfindən 20 – 26 mart tarixləri qeyri – iş günü elan edilib. Qeyri – iş günlərində adətən insanların xərcləri daha da artır, kimisi ölkədaxili və ya ölkəxarici istirahətə yollanır, kimisi bayram endirimlərindən faydalanaraq alış-veriş edir, kimisi isə restoran, əyləncə mərkəzi və s.kimi obyektlərdə xərcləmələr edirlər.

Artıq bir neçə illərdir ki, banklarımız bayram ərəfələrində öz plastik kartlarından istifadəni stimullaşdırmaq üçün müəyyən kampaniyalar həyata keçirirlər. Bu il də istisna təşkil etmədi. Banker.az monitorinq qrupu olaraq bank kartlarından istifadə ilə bağlı olan kampaniyaları araşdırıb Sizlərə təqdim edirik.

Bank Kampaniya tətbiq edilən kartlar Ticarət obyekti Son tarix Kampaniya güzəşti
Bank of Baku Bolkart Kredit kartları İstənilən 25.03.2018 300 AZN və daha yuxarı məbləğdə alış-verişlər zamanı müştəri 30 AZN  cash – back qazanır.
Bolkart Kredit və Debet kartları Ölkəxarici istənilən 25.03.2018 Ölkə xaricində Bolkart kredit və ya debet kartı ilə bütün alış-verişlər zamanı müştəri 2 qat “BAL” qazanır
Bolkart Kredit kartları Bankın partnyorları 25.03.2018 Bolkartla bankın partnyor mağazalarında 80 AZN və daha çox məbləğdə alış-verişlər, ödəniş müddətinə +2 AY HƏDİYYƏ qazandırır. Yəni, müştıri 3 aya aldığı məhsulun ödənişini 5, 6 aya aldığı məhsulun ödənişini 8, 12 aya aldığı məhsulun ödənişini isə 14 aya ödəmək imkanı qazanır.
Bolkart Kredit kartları Baku Electronics 31.03.2018 Bolkart kredit kartı ilə “Baku Electronics” mağazalarında alış-veriş edən müştərilər, istifadə etdiyi məbləğ 12 aya faizsiz taksitlə ödəmək imkanı qazanır.
Yapıkredibank Worldcard kredit kartı Marketlər 31.03.2018 Yapı Kredi Bank POS terminallarından birdəfəlik 30 AZN və üzəri alış-veriş edən müştərilərimizə “Jalə 1lt” hədiyyə olunacaq. Eyni gündə eyni marketdə müştəri sadəcə 1 ədəd Jalə şirəsi əldə edə bilər. Kampaniyada iştirak edən marketlər: Bizim Market, Grandmart, Neptun,Fresco, Səbət, Araz,Spar.
Ölkəxarici istənilən 31.03.2018 Worldcard-la 30 AZN və üzəri alış-veriş et, nağd qiymətinə 3 hissədə ödə!

İnternet üzərindən edilən 30 AZN və üzəri alış-verişlər kampaniyaya daxildir.

MAXI.AZ, və INTEGRAL PLUS 31.03.2018 Worldcard-la 1-31 Mart tarixlərində MAXI.AZ, və INTEGRAL PLUS mağazalarında istənilən məhsulu al, nağd qiymətinə 12 hissədə ödə.
Kontakt Home 31.03.2018 Worldcard-la 17-31 Mart tarixlərində Kontakt Home-dan istənilən TV, məişət texnikası, elektronika və mebeli al, nağd qiymətinə 18 hissədə ödə.
Optimal 31.03.2018 Worldcard-la 31 mart tarixinədək Optimal mağazalarında seçilmiş məhsulları nağd qiymətinə al, 18 hissədə ödə.
Baku Electronics 31.03.2018 Worldcard-la 31 mart tarixinədək Baku Electronics mağazalarında seçilmiş məişət texnikasını nağd qiymətinə al, 12 hissədə ödə.
Impuls 31.03.2018 Worldcard-la 31 mart tarixinədək Impuls mağazalarında istənilən məhsulları nağd qiymətinə al, 12 hissədə ödə.
Unibank Albalı Plus kartı və Unibank Kartları Optimal 31.03.2018
  • Bütün məişət texnikası Albalı Plus kartı ilə 12 ay faizsiz taksitlə;
  • Bütün mobil telefonlar Albalı Plus kartı ilə 6 ay faizsiz taksitlə;
  • Unibank kartları ilə nağd ödənilən bütün alış-verişlərə 5% cash-back.
Albalı Plus kartı və Unibank Kartları MAXI.AZ, və INTEGRAL PLUS 31.03.2018
  • Bütün məişət texnikası Albalı Plus kartı ilə 12 ay faizsiz taksitlə;
  • Unibank kartları ilə nağd ödənilən bütün alış-verişlərə 1% cash-back.
Unibank kartları Geyim 26.03.2018 Unibank kartları ilə aşağıdakı ticarət obyektlərində ödənişlər 2 QAT cash – back qazandırır.

  • Salamander Baku
  • Camel Active Baku
  • GEOX
  • Parad Baku
  • Baldinini Baku
  • Braccilaani Baku
KapitalBank BirKart  və BirKart Cashback Lady Sharm 12.04.2018 12 aprelədək BirKartla Lady Sharm mağazalarında istədiyiniz məhsulu 6 ay taksitlə alın, 10% endirim əldə edin.

BirKart Cashback kartıyla isə birdəfəlik ödənişlərə 10% Cashback qazanın!

BirKart  və BirKart Cashback Maxi.az 31.03.2018 Maxi.az-da istədiyiniz bütün məhsulları 12 ayadək faizsiz taksitlə əldə etmək imkanı.

 

Cədvəldən də göründüyü kimi, kart əməliyyatları üzrə endirimlər bazarın əsas müştəri kütləsinin istifadəçisi olan taksit kartlarıdır. Banker.az komandası olaraq bu kartlar içərisində keçirdiyi kampaniyalara görə Yapıkredibankın “Worldcard” taksit kartını və Bank of Bakunun “Bolkart. B kredit kartını xüsusilə fərqləndirmək istərdik. Hər iki bank müvafiq kart sahibləri üçün bayramöncəsi bütün seqmentləri nəzərə alaraq kampaniyalar elan edib. Belə ki, “Bolkart” və “Worldcard” istifadəçiləri həm ölkədaxili marketlərdə bayram alış-veriş edən zaman, həm məişət texnikası və geyim alan zaman həm də ölkəxaricində alış-verişlər zamanı kampaniyanın üstünlüklərindən faydalana biləcəklər.