Azərbaycanda bank bazarında durğunluq dövri yaşansada, bəzi banklar özlərində güc tapıb qadınları 8 mart bayramı münasibəti ilə təbrik etmək niyyətindədirlər.
Adətən belə tədbirlər imic xarakteri daşımasına baxmayaraq, bəzən yaxşı fürsətlərdə olur. Bu baxımdan, Banker.az banklar arasında araşdırma apararaq, bankların 8 mart üçün məhz hansı hədiyyə kampaniyalarını hazırladıqlarını oxucularına təqdim edir.
AzərTürkBank
Bank tərəfindən 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə, 01.03.2016-11.03.2016-cı il tarixləri arasında Banka müraciət edən xanımlar və evli cütlüklər üçün xüsusi təklif hazırlanmışdır.Belə ki, həmin tarixlərdə ödəniş kartları üçün müraciət edən xanımlara xidmət haqqının 50%-i dəyərində endirim ediləcəkdir. Evli cütlüklərə isə hər ikisi ödəniş kartı sifariş etdikdə, ödənişi daha yüksək olan kart 50% endirimlə, digəri isə ödənişsiz təqdim ediləcəkdir.
Ətraflı: http://azerturkbank.az/az%C9%99r-turk-bank-dan-bayram-endiriml%C9%99ri-kampaniyasi/
Kapital Bank
Kapital Bank qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv etdi. Belə ki, 1 – 7 mart tarixləri ərzində Kapital Bankdan “Gündəlik tələbat” kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə xanımlar heç bir əlavə xərc ödəməyəcəklər. Kapital Bankdan maaş və ya pensiya alan xanım müştərilər bu güzəştli kampaniyadan faydalana bilərlər. Faktiki illik faiz dərəcəsi (FİFD) – 19.73%-dən başlayan “Gündəlik tələbat” krediti 36 ay müddətinədək verilir. Kreditin maksimal məbləği 15,000 manat təşkil edir.
Ətraflı: http://www.kapitalbank.az/az/news/kapital-bankdan-xan-mlara-8-mart-h-diyy-si/
Unibank
Bayram münasibəti ilə Unibank hər bir xanım üçün gözəl bayram hədiyyəsi hazırlayıb. Yalnız 8 mart ərəfəsində deyil, mart ayı boyu bank filiallarına müraciət edən hər kəs ALBALI PLUS debet kartını pulsuz əldə edə biləcək. Düşünürük ki, alış-verişi, səyahəti çox sevən xanımlar üçün hər zaman və hər yerdə istifadə edə biləcəyi bir debet kartı əvəzolunmaz hədiyyədir.
Ətraflı: https://banker.az/unibankdan-xanimlara-h%C9%99diyy%C9%99/
Bank Silk Way
3 – 7 mart tarixləri ərzində “Bank Silk Vey” ASC-nin xidmətlərindən yararlanan xanımlar “Gazelli Group” şirkətindən xüsusi hədiyyələr əldə edəcək. Həmçinin qeyd olunmuş tarixlərdə “SW Bank Miles” kartlarını sifariş edən xanımlar 50% endirim əldə edəcəklər.”Miles” kartı bank kartının üstünlüklərini və “Azal Miles” proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını “Miles” kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır.
Ətraflı: http://www.bankrespublika.az/az/news/133/
Caspian Development Bank
CDB Bank yeni “Kart Mart” kampaniyasına start verib. Kampaniyanın özəlliyi ondan ibarətdir ki, hər bir müştəri banka müvafiq sənədlər təqdim etməklə “Kart Mart” kartına sahib ola bilər. Məqsəd Mart bayramlarında – 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruzda hər kəsə xarcləmək imkanı yaratmaqdır. Kartda müştəriyə 500 manatadək birdəfəlik istifadə üçün limit təqdim edilir. Limit yalnız nağdsız ödənişlərdə istifadə edilə bilər. Qeyd edək ki, Kart Mart kreditində komissiya 0%- dir. Hər bir müştəri kampaniyadan bir dəfə yararlana bilər.
Ətraflı: http://www.cdbbank.az/az/news/id/46/
Bank Respublika
Beynəlxalq Qadınlar günü ərəfəsində Bank Respublika-nın Paykart Kredit sahibləri partnyorlar tərəfindən hədiyyə olaraq əlavə taksitlər qazanacaq.Beləliklə də, əziz xanımlar üçün bayram hədiyyələrini seçmək daha rahat və sərfəli olacaq. Kartın partnyorları tərəfindən olan eksklüziv təkliflər geniş seçim imkanı verməklə yanaşı 8 Mart hədiyyənizin yüksək keyfiyyətini də təmin edir.PayKart kredit sahibləri əlavə taksitləri bu brendlərdən ala biləcəklər:
- İdeal +3 ( cəmi 9 ay)
- İnteqral +3 (cəmi 9 ay)
- Gallery +6 (cəmi 12 ay)
- Yves Rocher + 3 (cəmi 6 ay )
- Resm +3 (cəmi 6 ay)
Həmçinin, bayram münasibətilə bankın yeni partnyoru Bouquet gül salonu bütün PayKart Kredit sahiblərinə 12 aylıq taksit hədiyyə edir!
Xatirladırıq ki, partnyor şəbəkəsində bütün alışlar faizsiz ödənilir.
Ətraflı: http://www.bankrespublika.az/az/news/133/
Bank of Baku
3-7 mart tarixlərində Bank of Baku-da aşağıda qeyd olunan əməliyyatlardan birini və ya bir neçəsini həyata keçirən xanım müştərilər Bankdan Bolkart Debet (Gənc və ya Ailə) və əlavə olaraq Azercell/Bakcell danışıq kartını HƏDİYYƏ qazanacaqlar:-əmanət üzrə bütün əməliyyatlar
-kredit ödənişləri istisna olmaqla, kommunal və digər ödənişlər
-pul köçürmələri
-ödənişli kart sifarişləri
-hesablar üzrə əməliyyat
-yeni Bolkart kredit kartının rəsmiləşdirilməsi
-kreditin tam ödənilməsi
Ətraflı: http://www.bankofbaku.com/az/stock/xanimlar-8-mart-hediyyeleriniz-bank-of-baku-da-hazir/
Azərbaycan Beynəlxalq Bankı
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Beynəlxalq Bankı xanım müştərilərinə xoş bir sürpriz hazırlayıb. 15 fevral tarixindən Bank “İmkanlarınız artır” adlı kampaniyaya start verir. Bankın xanım müştəriləri kampaniya dövründə Bankdan ödəniş kartlarını (VISA Infinite, WorldElite MasterCard və American Express kartları istisna olmaqla) 50% endirimlə ala biləcəklər. Kampaniya artıq ABB-nin müştərisi olan xanımları əhatə edəcək.
Ətraflı: https://www.ibar.az/azerbaycan-beynelxalq-banki-xanim-musterilere-50-endirim-teklif-edir/
DəmirBank
“DəmirBank”, qarşıdan gələn “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə xanımlar üçün hədiyyə aksiyasına start verib. Aksiya çərçivəsində “DəmirBank” xanımlara ödənişləri asanlaşdıran və təhlükəsizliyi təmin edən plastik kartlar hədiyyə edir. Belə ki, Bankın istənilən filialına müraciət edən xanım müştərilər istəklərinə uyğun olaraq 1 ədəd 1 illik müddətə debet kart (VİSA Electron, VİSA Classic, Maestro və MasterCard Standart) əldə edə bilərlər. Kampaniyanın müddəti 3-7 mart tarixlərini əhatə edir.
Ətraflı: http://www.demirbank.az/?/az/news/view/746/