12 C
Baku
Wednesday, December 11, 2024

Bayramı restoranda keçirmək neçəyə başa gələcək? – VİDEO

Restoranlar artıq Yeni il bayramı ab-havasında bəzədilib.

Hər il olduğu kimi bu il də bayram ərəfəsində restoranlarda özəl hazırlıqlar görülüb. Adminstratorlar deyirlər ki, xüsusilə 31-i dekabr günü tələb yüksək olduğundan əvvəlcədən rezervasiya ilə qonaqları qəbul edəcəklər. Bəzi məkanlarda rezervasiya ilə yanaşı depozit tələbi də var.

Bakıdakı restoranların birində adminstratorluqla məşğul olan Səbuhi Həsənov deyib ki, tələbatın çox olması depozit məbləğini artırsa da, menyu qiymətlərinə təsir etməyib.

Depozitlər masaya və ya adam sayına uyğun alınır. Bakıda digər restoranların əksəriyyətində depozit məbləği adambaşı minimum 50 manatdan başlayır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər