Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxs COWI UK LIMITED şirkəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə bayraq dirəyinin funksional vəziyyətinə nəzarət edilməsi, daimi monitorinq sisteminə daxil olan məlumatların təhlil edilməsi və müvafiq hesabat və rəylərin hazırlanması xidmətləri nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 136 614 AZN təşkil edir.
Xatırladaq ki, COWI UK LIMITED əslində Böyük Britaniyada (London) qeydiyyatdan keçmiş şirkətdir. Əsasən, mühəndislik, infrastruktur, körpü, tunel, enerji layihələri ilə məşğul olur.