Bayraq və vımpel fiqurları – müəyyən trend daxilində baş verən dar və qısamüddətli qiymət konsolidasiyasıdır.
Bayraq – paralel xətlərlə məhdudlanan fiqurdur.
Vımpel – enən xətlərlə məhdudlanan fiqurdur.
vımpel* – vımpel (hərbi gəminin dor ağacında qaldırılan bayraq)
Bir çox treyderlər hesab edir ki, vımpel fiquru üçbucaq fiquruna bənzəyir, amma qeyd etmək lazımdır ki, üçbucağın formalaşma müddəti daha uzun çəkir.
Asan dillə desək bayraq və vımpel fiqurlarını trenddə yaranan “pauza” adlandırmaq olar, bu zaman bazar iştirakçıları trendin davam etməsi üçün “güc yığırlar”.
Bayraq fiquru
Vımpel fiquru
Bayraq və ya vımpel fiqurunun sərhədləri kəsiləndə, bizim aldığımız sinqal əksər hallarda trendin davam etməsinə işarə edir.