Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.
Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” qərarda əksini tapıb.
Qərara əsasən, eyni zamanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.