8 C
Baku
Tuesday, January 14, 2025

Bazar istehlak kreditlərinin verilməsini stimullaşdırır?

Kredit bazarında məlum olan son dəyişikliklərdən sonra, bazar konyekturasıda nisbətən dəyişmişdir. Əvvəllər Mərkəzi Bankda,investorlarda bankları daha çox real sektora,biznesə kredit verməyi daha çox tövisiyyə edirdilər. Hətta, biznesə kreditlərin verilməsinin vacibliyin prezident İlham Əliyevdə bir neçə dəfə qeyd etmişdir. Banklar bəzən xırda hiylədən, verilən istehlak kreditlərini müəyyən formada biznes kreditləri kimi qeydiyyata alırdılarki ,kredit portfelində bu tip kreditlərin həcmi daha çox olsun – bu daha sanballı, biznes baxımdan daha münasib variasiya hesab edilirdi.

İndiki durumda isə, hər şey tam tərsinəyə doğru gedir. Hazırda bazarda istehlak kreditləri üçün daha münbit şərait vardır. Buna daha çox 2 amil təsir edir. Birinci amil təbii ki Mərkəzi Bankın kredit faizlərinə təyin etdiyi limitdən qaynaqlanır. Qeyd edək ki, bu limit İstehlak kreditləri üçün illik FİFD 29%,biznes üçün 25% təyin edilmişdir. Qiymət parametri hazırdaki dövrdə demək olarki həlledici faktordur və bizim fikrimizcə məhz bu amil bankları daha az mikro biznes kreditləri verməyə sövq edəcək. Banklar əvvəl mikro biznes kreditləri verdikləri adamlara, indidə kredit verməkdə davam edəcəklər,sadəcə indi bu kreditlər istehlak kreditləri kimi rəsmiləşdiriləcək və ya həmən şəxsin ailəsindən rəsmi əmək haqqısı olan adama krediti rəsmiləşdiriləcəklər. İkinci amil təbii ki, indiki durumda nəzarət kanallarının zəifləməsindən irəli gəlir. Bankların daha böyük və vacib problemləri vardır nəinki onun biznes və istehlak kreditlərinin portfeldə nisbətinin izlənməsi. Ona görə, Mərkəzi Bankda ,investorlarda bu məsələnin həllinə indilərdə baxmağı vacib bilmirlər.

Nəticədə, bazarda verilən kreditlərin say baxımından həcmi daha çox istehlak kreditləri istiqamətində artacaq. Bu isə öz növbəsində, onsuzda kreditlə yüklənmiş istehlak kreditlərinin istifadəçilərinin dahada yüklənməsinə gətirib çıxaracaq, bazarda vaxtı keçmiş kreditlərin həcmi artacaq.

Mərkəzi bank yəqinki bu proseslə bağlı qabaqlayıcı addım kimi dünən  “Məsuliyyətli kreditləşmə” Metodoloji Rəhbərliyin  banklara tövsiyyə etmişdir. Qeyd olunan metodologiyada, müştərinin optimal kredit yükünün müəyyən edilməsi üçün bəzi tövsiyyələr vermişdir.

Son xəbərlər
Digər xəbərlər