3 C
Baku
Saturday, December 14, 2024

Bazar risklərin idarəedilməsi şöbəsi – müdir – Parabank

Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil olması.
• Ehtiyatlılıq qabiliyyəti.
• Analitik düşüncə və əməli nəticə çıxarmaq bacarığı.
• Peşəkarlıq və səriştəlik qabiliyyəti.
• MS Office  proqramlarında işləmək bacarığı.
• Bu sahədə minimum 2 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri: 

• Bazar risklərinin müəyyən edilməsi üçün gündəlik bank əməliyyatları haqda məlumatların yığılması və təhlil edilməsi;
• Bazar risklər üzrə risk xəritəsini hazırlanmasında iştirak edilməsi;
• Bazar risklərin operativ qiymətləndirilməsi üçün bankın struktur bölmələri tərəfindən təqdim olunmalı məlumatların həcmini  və müddətinin müəyyən edilməsi, zərurətdən asılı olaraq məlumatların həcm və müddətlərində dəyişiklik edilməsi;
• Bazar risklərinin qiymətləndirilməsi və hesabatların hazırlanmasında iştirak edilməsi;
• Zəruri məlumat bazasının yaradılması;
• Departamentin əsasnaməsindən irəli gələn bütün vəzifələrin icrasının təmin edilməsi;
Departament direktoru tərəfindən departamentin fəailiyyəti ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələrin icra edilməsi.

CV-ləri Bazar risklərin idarəedilməsi şöbəsi – müdir mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər