9 C
Baku
Şənbə, Dekabr 4, 2021

Bazara yeni daxil olan “Meqa Həyat” – kimlər idarə edəcək? (TAM HEYƏT)

“Meqa Sığorta” ASC 2021-ci ildən həyat sığortası bazarında da işləmək üçün imkan qazandı. Belə ki, Azərbaycan Mərkəzi Bankı artıq 19 fevraldan “Meqa Həyat” Sığorta Şirkəti ASC-yə 5 illik bazarda işləmək imkanı yaradıb.

11 milyon nizamnamə kapitalı ilə start verən şirkətin rəhbərliyi də məlum oldu.

Banker.az bu dəfə “Meqa Həyat” ASC-ni kimlər tərəfindən idarə olunacağını araşdırıb.

DİREKTORLAR ŞURASI

Sığorta şirkətinin ali kollegial idarə orqanına sədirliyi Yaşar Feyzi oğlu Qurbanov edəcək. Üzvlər isə iki nəfər olmaqla Səadət Daşdəmir qızı Əsədova və Elnur Elman oğlu Abdullayevdir.

İDARƏ HEYƏTİ

“Meqa Həyat”ın idarə olunması səlahiyyəti isə Cəmil Məhəmməd oğlu Nəzərov-a həvalə edilib.  İdarə Heyətinin üzvləri isə Emil İsbəndiyar oğlu Ağamaliyev, Hökmüdar Qələndər oğlu Məmişovdur.

TƏFTİŞ KOMİSSİYASI

Həyat sığortaçısının maliyyə təsərrüfatına nəzarət etmə səlahiyyəti sədr kimi Cəbrayılov Cəbrayıl Səfər oğlunda olacaq.

Burada Eyvazov Fuad Etimad oğlu müstəqil üzv, Babayev Murad Şaiq oğlu –üzv kimi qəbul edilib.

Sığorta şirkətinin Daxili audit xidmətinin rəhbəri Qurbanov Azər Qurban oğlu, baş mühasib Rzayev Gündüz Səməd oğlu və məsul aktuari Sadayev Tural Hayan oğludur.

Son xəbərlər
Oxşar xəbərlər
X