14 C
Baku
Saturday, November 23, 2024

Bazara yeni daxil olmuş “Finoko” böyüməkdədir: Gəliri 3,3 dəfə artıb

“Finoko BOKT” ASC 2017-ci ilin yanvarın 1-ə olan “PWC” tərəfindən aparılan illik hesabatını açıqlayıb.

Banker.az hesabata istinadən xəbər verir ki, bazara daxil olan gənc BOKT-nin maliyyə göstəricilərində 1 il ərzində müsbət rəqəmlər qeydə alınıb. Belə ki, “Finoko”nun aktivləri 2015-ci illə müqayisədə 3 mln manata yaxın artaraq 11 mlr. manat olub.  Burada da, Təşkilatın müştərilərə verdiyi kreditlərin həcmi 2016-ci ilin yanvarın 1-ə olan göstəricilərlə müayisədə 2017 ci ilin yanvarın birində 3 milyon manat artaraq 10 mln. manat təşkil edib.

BOKT-nin cəmi öhtəlikləri 2 mln manat artaraq 9,6 mln manata yaxın olub.

BOKT-nin cəmi kapitalı da artaraq 1,45 mln manat təşkil edir ki, bunun da 1 milyonu nizamnamə kapiatlıdır.

Kredit Təşkilatının ümumi gəlirləri ötən ildən fərqli olaraq 2017-ci ilin yanvarın birində 3,3 dəfə artaraq 3,37 mln manat təşkil edib ki, bunun da 226,8 min manatı xalis mənfəət olub.

Qeyd edək ki,bu il sentyabrın 13-də BOKT-nin rəsmi açıqlamasında bildirmişdi ki, təşkilat “Union Kredit” MMC BOKT-u almışdır.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un səhmlərinin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər