Demək olar mənim hər gün yeni bir ideyam olur. Həmişə də ağlıma yeni bir ideya gələndə o qədər həyəcanlanıram ki, bunun növbəti ən yaxşı fikir olduğunu düşünürəm. Lakin eyni zamanda mənim bəzi ideyalarım doğrudan da yaxşıdır.
Əgər onlar olmasaydı, mən uğurlu biznes qura bilməzdim. Əlbəttə ki, mənim bəzi ideyalarım … loru dildə desək, ipdən asılı bir şey olub.
Əgər mən ideyalarıma müvafiq şəkildə hərəkət etsəydim, yəqin ki, mənim kompaniyam çoxdan dağılmışdı. İnsan diqqətini cəmləməyi yadırğadığı anda öz şirkətini hətta uçurma apara bilər. Bir neçə il əvvəl məndə o istiqamətdə gedirdim. Mənim komandamın bir üzvü həmin anda çox yerinə düşən və nəsihət verici bir irad bildirdi. O dedi, “Mənə elə gəlir ki, biz axır vaxtlar ağac kimi böyümək əvəzinə kol kimi böyüyürük”.
Bu çox güclü bir bəyanat idi və məni “Bu kolu necə budamaq lazımdır ki, yenidən ağac kimi boy atsın” fikri haqqında düşünməyə məcbur etdi. Belə də oldu.
İndi mənim yeni ideyalarım olanda, ilk öncə onları konkretləşdirmək üçün menecerlərimə təqdim edirəm. Bu bir az xətrə dəyən təcrübə ola bilər, çünki sahibkarlarla menecerlər fərqli düşünürlər, şükür Allaha ki, bu belədir. Əgər ağılı olsa, sahibkar özünü elə hərtərəfli menecerlər ilə əhatə edər ki, onlar məsləhət bildikləri təqdirdə ona yox deməyi də bacarsınlar. Əksər iş adamları öz ideyalarının yanmasının şahidi olmaq istəmir, ona görə də ya onları gözləmə mövqeyinə keçirir, ya da şirkətin xeyri naminə onları kənara qoyur. Beləliklə, ağıllı rəhbər menecerlərə hüquq verməlidir ki, onu düz yola qaytara bilsinlər və əgər ideya həmin vaxtda müəssisə üçün münasib deyilsə onu təxirə salmaq, bəzi ideyalardan isə ümumiyyətlə imtina etmək gərəkdir.
Əlbəttə ki, mən öz müəssisəm daxilində istədiyim hər şey edə bilərəm. Lakin mənim fikrimdə, bu təkcə mənim müəssisəm deyil. Mən menecerlərdən və komandamın digər üzvlərindən razılıq almayınca ideyam həyata keçirilə bilməz.
Burada bir iş adamın öz ideyalarını bölüşməsi üçün lazım olan 10 addımdan ibarət mənim hazırladığım bir planı sizə təqdim edirəm:
1) Yaxşı evlənin. Sizin həyat yoldaşınız siz ideyanın tərifə layiq olması və ya sizin odla oynadığınızı deyəcək ilk insan olmalıdır. Əgər həyat yoldaşınız ideyanı ilk həmlədə məğlub edə bilsə, siz öz komandanızın vaxtına kifayət qədər qənaət etmiş olacaqsınız. Mənin xanımın xüsusi bir istedadı var ki, o məni hətta “dağların” arxasında “ öz dünyamda” olduğumu görə bilir, bu zaman o mənə deyir ki, həmin dünya çox möhtəşəmdir, orda səma qırmızıdır və hər tərəfdə əyləncə var (yeməklərdə çox dadlıdır), lakin bu hamı üçün deyil…
2) İşə götürəndə düzgün seçim edin. Bu aydın məsələdir, lakin bəzi ağılsız insanlar özlərini sevdiyi tipdə olan insanlarla əhatə edir. Mən öz komandama səlahiyyət vermişəm yanıldığım anlarda məni xəbərdar etsinlər və ya düzgün istiqamətdən çıxdığımı mənə bildirsinlər. Əgər mən bunu illər öncə etməsəydim, yəqin ki, mənim ideya qatarım şirkətimi çoxdan reysdən çıxarmışdı.
3) Öz menecment komandanızla ideyaların müzakirə üçün lazımı şərait yaradın. Bunu həm R&D komitəsi (Araşdırma və Tədqiqat) təsis etməklə, həm də sadəcə həftəlik menecerlər toplantısında da etmək olar.
4) Hər hansı bir əlverişli imkanın və həll edilməli problemin olduğunu izah edin və onların ilk olaraq hansı qənaətə gəldiyinə baxın.
5) Öz fikirlərinizi çox yüksək səviyyədə təqdim edin, lakin taktiki davranmağa çalışmayan. Uzaqdan seyr etməyə üstünlük verin
6) Sakit olun. Öz ideyanızı “satmağa” çalışmayın. Çalışın ki, məsələnin müzakirəsinin sakit, məntiqi yolla davam etməsinə və söhbətin axmasını imkan verəsiniz. Əgər menecerləriniz ideyanın onlara satıldığını hiss etsələr onların elmlər namizədi meyarları sadəcə sönər. Bu müzakirənin istiqamətinə həqiqətən təsir göstərə bilər.
7) Onlardan ideyanı yenidən sizin özünüzə təqdim etməyi xahiş edin. Sonra soruşun, “Əgər siz kompaniya olaraq, birlikdə bu ideyanı həyata keçirsəniz nə əldə edəcəksiniz və bu ideyanı şirkəti əziyyətə salmadan necə reallaşdıra bilərsiniz”.
8) Ağ lövhə üzərində niyə bu ideyanı həyata keçirməməli olduğunuz haqqında fikirləri yazın. Sonra isə nəyə görə bu ideyanın yaxşı sayılması haqqında olan səbəbləri sıralayın.
9)Danışdığınız qədər də qulaq asmağa çalışın.
10) İdeyadan uzaqlaşmağa və ya onu dəyişməyə hazır olun.
Mən bilirəm, bu yol getmək üçün çox uzun görünür. Ola bilsin ki, bəzi iş adamları bunu oxuyub söyləsin: “Bu nədir? Mən ona görə öz biznesimi qurmuşam ki, istədiyim vaxt, istədiyim işi edim!” Əgər siz bir nəfərlik tamaşa hazırlayırsınızsa bəlkə də elədir. Lakin sizə işləyən bir komandanız varsa, sizə bələdçilik etmək üçün onların intellektinə arxalanacaq qədər dərrakəli olmalısınız. Axı siz elə bu ümidlə onları işə götürmüsünüz.
Bu proseslərdən keçməyin digər böyük bir səbəbi ideyanı icra olunması ilə bağlıdır. Ənənəvi olaraq, iş adamları ideyanın yaradıcısıdırlar, lakin onlar heç də həmişə onun mahiyyətini görə bilmirlər. Sizin komandanız ideyanı ilk öncə yaxşı qəbul etməlidirlər ki, onu icra edə bilsinlər.
Son nəticə; siz öz ideya qatarınıza həqiqətən dahi sərnişinlər yığmalısınız ki, onlar sizə həmin qatarı idarə etməyə də kömək etsinlər.