Azərbaycanda əhali istehlak səbətinin daha çox istifadə olunan ət məhsullarının qiyməti dayanmaq bilmir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, doğranmış sümüklü mal ətinin qiyməti may ayında 0.65 faiz (aylıq) bahalaşaraq hər kiloqram üçün 13.86 manat, sümüksüz tikələrə bölünmüş mal ətinin qiyməti 0.77% artaraq 16.10 manat/kiloqrama (₼/kq) qədər bahalaşıb. İlin əvvəli isə müvafiq olaraq 13.05 ₼/kq və 15.05 ₼/kq təşkil edirdi. Mal ciyəri son ayda 2.12% bahalaşma ilə 8.73 ₼/kq-a qədər qiymət artımı yaşayıb.
Sümüklü şəkildə satılan qoyun əti may ayında 1.6% bahalaşaraq 14.86 ₼/kq-a yüksəlib. Qoyunların sayı hazırda ölkədə tarı minimuma düşməkdədir. Qoyun ətinin ilin əvvəli qiyməti 13.96 ₼/kq idi.
Yerli istehsal toyuq ətinin qiyməti 5.81₼/kq-da sabiq qalsa da, idxal olunan 2.67% bahalaşmaqla 6.09₼/kq təşkil edib. Toyuq filesinin yerli və xarici istehsal qiyməti müvafiq olaraq 8.51 ₼/kq və 9.48 ₼/kq-da sabit qalıb.