“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında 65 adda müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş məhsulların ümumi çəkisi 9 246.59 kq təşkil edib. Onların istifadə müddəti bitib və istehlaka yararsız olublar.