Son dövrlərdə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində (əsasən radio) bankların kredit və qeyri-kredit məhsullarının reklamlarının sayının kəskin artımı müşahidə olunur. Bu reklamların əksəriyyəti nağd pul kreditləri ilə bağlıdır. Pərakəndə bankçılıq bazarında aktiv olan banklar mütəmadi olaraq nağd kredit kampaniyaları keçirilməsi və ya kredit şərtlərinin yüngülləşdirilməsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşürlər.

Monitorinq qrupumuzun daha öncə də bu mövzu haqqında yazıları və təhlilləri olub. Belə ki, şərtlərin yüngülləşdirilməsi, faiz və komissiyada güzəştlərin edilməsi tərəfimizdən müsbət qiymətləndirilsə də bəzi nüanslar haqqında Banklara iradımızı bildirmişik. İradımızın əsasında isə reklam mətnlərində və roliklərində kredit şərtlərinin tam detallı qeyd olunmaması durub. Belə ki, “20%-lə kredit”, “məbləğ 20 000 AZN”, “10 000 AZN-dək zaminsiz” və s.bu tipli məqamlar heç də kənardan göründüyü kimi deyil. Hətta bəzi Banklar-ın zəng mərkəzləri ilə əlaqə saxlayan zaman belə detallı şərtləri öyrənmək olmur. Zəng mərkəzi operatorları potensial müştəriyə bankın filialına müraciət etməyi tövsiyyə edir, səbəb olaraq isə kredit şərtlərinin tam detallı şəkildə yalnız kredit mütəxəssisi tərəfindən izah ediləciyi bildirilir. Müştəri bank filialına yaxınlaşdıqda isə kreditin 20% deyil 28%-lə verildiyini, zaminsiz məbləğin isə cəmi 3000 AZN olduğunun fərqinə varır. Bəs reklam roliklərində verilən bu məlumatlar yalnışdırmı? – Əlbəttə ki , xeyr. Banklar adətən müştəriləri seqmentlərə ayırır və bu seqmentlər  kredit şərtlərinə təsir edir. Şərtlərə təsir edən digər məqamlara isə kreditin müddətini, müştərinin əmək haqqı məbləğini, müştərinin işlədiyi müəssisəni borc öhdəliyini və s.aid edə bilərik. Misal üçün 20%-lə kredit yalnış maaşı 2000 AZN-dən çox olan müştərilərə təqdim edilir, və ya Siz 10 000 AZN-i o halda zaminsiz götürə bilərsiz ki, X şirkətinin əməkdaşı olasınız.

Keçək əsas məsələyə☺. Oxucularımızın maraqlarını təmin etmək məqsədilə monitorinq qrupumuz banklar tərəfindən “gizli” saxlanılan bu şərtləri mümkün qədər detallı təhlil etməyə çalışıb. Aşağıdakı cədvəldə müvafiq şərtlər müqayisəli formada Sizə təqdim edilir:

Bank Maksimal məbləğ Müddət İllik faiz dərəcəsi Komissiya Zaminlik şərtləri
AtaBank 5000 AZN 36 ayadək Atabank maaş kartı müştəriləri

12 ayadək – 23%

13 – 24 ay – 24%

25 – 36 ay – 25%

Digər müştərilər

12 ayadək – 24%

13 – 36 ay – 26%

1% Bütün hallarda 1 nəfər zamin tələb edilir.
Azər – Türk Bank 20 000 AZN 48 ayadək Kredit müddətindən asılı olaraq

12 ayadək – 19%

13 – 24 ay – 23%

25 – 36 ay – 25%

37 – 48 ay – 27%

1% (min.25 AZN) Maaşdan asılı olaraq

600 AZN-dək – 3000 AZN zaminsiz

601– 1500 AZN– 7000 AZN zaminsiz

1500 AZN+  – 10 000 AZN zaminsiz

Bank BTB 10 000 AZN 36 ayadək Müsbət tarixçəli müştərilər – 26%

Digər müştərilər – 28%

12 aylıq – 1% (min.10 AZN)

13-24 ay – 2% (min.20 AZN)

25-36 ay – 3%(min.30 AZN)

Müsbət tarixçəli , əmək haqqı  700 AZN-dən çox – 5000 AZN zaminsiz

Digər hallarda – 3000 AZN zaminsiz

Bank of Baku 20 000 AZN Təhsil, Tibb və Neft sektoru – 48 ayadək

Dİgər – 36 ayadək

Maaşdan asılı olaraq standart* faizə endirim edilir.

500 AZN-dək – 3 % endirim

501 – 1000 AZN – 4% endirim

1001 – 2500 AZN – 5% endirim

2500 AZN-dən çox  – 6% endirim

*Standart faiz – 26% – 29%

Təhsil və Tibb sektoru – 1%

Digər – 2%

Maaşdan asılı olaraq

500 AZN-dək – 3000 AZN zaminsiz

501– 1000 AZN– 5000 AZN zaminsiz

1001 – 2500 AZN  – 7 000 AZN zaminsiz

2500 AZN-dən çox  – 15 000 AZN zaminsiz

Bank Respublika 10 000 AZN 36 ayadək Maaşdan asılı olaraq standart* faizə endirim edilir.

500 AZN-dək – 2% endirim

501 – 1000 AZN – 3% endirim

1001 – 1500 AZN – 4% endirim

1501 – 2000 AZN – 5% endirim

2001 – 3000 AZN – 6% endirim

3000 AZN-dən çox  – 8% endirim

*Standart faiz – 28% – 29%

12 ayadək – 1%

13 – 24 ay – 1.5%

25 – 36 ay – 2%

(Minimum 10 AZN)

Maaşdan asılı olaraq

1000 AZN-dək – 3000 AZN zaminsiz

1001– 2000 AZN– 4000 AZN zaminsiz

2000 AZN +  – 5000 AZN zaminsiz

Bank VTB 10 000 AZN 36 ayadək Online kredit müraciətləri – 22%

Filialda olan müraciətlər – 23%

2% Mütəxəssis pozisiyası nda çalışanlar– 1500 AZN-dək zaminsiz

Aparıcı mütəxəssis və daha yuxarı pozisiyalar – 5000 AZN zaminsiz

Express Bank 20 000 AZN 48 ayadək Kredit müddətindən asılı olaraq

12 ayadək – 20%

13 – 18 ay – 23%

19 – 24 ay – 25%

25 – 36 ay – 27%

37 – 48 ay – 29%

0.5% Maaşdan asılı olaraq

1000 AZN-dək – 5000 AZN zaminsiz.

1000 AZN-dən çox  – Maaşın 5 misli, lakin  15 000 AZN dən çox olmamaqla zaminsiz

Kapital Bank 20 000 AZN 48 ayadək Yeni müştərilər – 29,84%

Təkrar müştərilər – 27,84%

Kredit üzrə  – 1%

Sığorta komissiyası – 5%

Ümumi öhdəliklər maaşın 50%-dək olarsa – zaminsiz.

Yaşa görə təqaüdçülər – zaminsiz

Ümumi öhdəliklər maaşın 50%-dən çox olarsa:

Yeni müştərilər – 6000 AZN zaminsiz

Təkrar müştərilər – 8500 AZN zaminsiz.

NBC Bank 15 000 AZN 36 ayadək Təhsil, Polis, Neft sektoru və Turizm işçiləri – 22%

Digər müştərilər

Müddət 18 ayadək – 24%

Müddət 19 – 36 ay – 25%

Polislər – 2%

Dİgər hallarda

Müddət 18 ayadək – 2,5%

Müddət 19 – 36 ay – 3 %

Kredit məbləği 5000 AZN-dək olduqda zamin tələb edilmir.
Nikoil Bank 30 000 AZN 36 ayadək Kredit tarixçəsindən asılı olaraq 22% – 25% arası dəyişir. 2% Kredit məbləği 7500 AZN-dək olduqda zamin tələb edilmir.
Rabitə Bank 15 000 AZN 36 ayadək Kredit müddətindən asılı olmayaraq – 22 % Kredit komissiyası  – 1%

Sığorta komissiyası  – müddət və məbləğdən asılı olaraq dəyişir.

Sığorta olmadıqda – əlavə 0.5%

Maaşdan asılı olaraq

1000 AZN-dək – 3000 AZN zaminsiz

1000 AZN + – 5000 AZN zaminsiz

Turan Bank 30 000 AZN 36 ayadək 6 aylıq – 20%

12 aylıq – 22%

18 aylıq – 23%

24 aylıq – 24%

36 aylıq – 26%  / 28%

1% Kredit məbləği 5000 AZN-dək olduqda zamin tələb edilmir.
Unibank 20 000 AZN 48 ayadək Müddət 24 ayadək

Maaş 500 dən çox

  • 1illik – 23%
  • 1ildən çox – 26%

Maaş 500 dən az– 28%

Müddət 25 – 36 ay

Hər kəsə – 28%

Müddət 37 – 48 ay

Hər kəsə – 29%

Standart komissiya – 2%

Əmək haqqı 173-den aşağı olarsa –  4%

Müştərinin yaşı 65-dən çox olarsa – 5%

Kredit məbləği 15 000 AZN-dək olduqda zamin tələb edilmir.
YapıkrediBank Limit yoxdur 36 ayadək Yeni müştəri – 24%

Təkrar müştəri – 20%

Maaş kartı müştəriləri – 18%

1,5% Fərdi şəkildə baxılır.