10 C
Baku
Monday, November 18, 2024

Bazarda tərəvəzlərin qiymətləri “əl yandırır” – Bir qədər də bahalaşdı

Son bir neçə ay ərzində tərəvəzlərin qiymətində əhəmiyyətli artım baş verib. 

Topdansatış mərkəzlərində kök, çuğundur, bibər, kartof, pomidor, xiyar və digər tərəvəz növləri bahalaşıb.

Məlumata görə, kökün 1 kiloqramı 70 qəpikdən 90 qəpiyə, çuğundur 60 qəpikdən 80 qəpiyə, xiyar 40 qəpikdən 70 qəpiyə, bibər 50 qəpikdən 80 qəpiyə, Salyan bibəri 30 qəpikdən 60 qəpiyə, kartof 60 qəpikdən 90 qəpiyə, pomidorun 1 yeşiyi isə 10 manatdan 15 manata qalxıb.

Qeyd etdiyimiz qiymətlər topdansatış qiymətləridir. Bazarlarda isə sadaladığımız tərəvzələr bir qədər də baha satılır.

Tərəvəz satıcıları bahalaşmanın hansı səbəbdən baş verdiyini izah edə bilmirlər. “Topdansatış mərkəzləri bahalaşdırıb. Biz də məcbur olub baha satırıq. Amma qiymətlər niyə qalxıb bilmirik. Bəziləri deyir ki, yollar bağlıdır ona görə. Amma bu yollar iki ildir bağlıdır axı. Bir neçə ay əvvəl qiymətlər bundan çox aşağı idi”, deyə satıcılar bildirib.

Son xəbərlər
Digər xəbərlər