Bazardan aldığı saatın içində 25 min avro tapdı

Almaniyada kişi bazardan aldığı köhnə divar saatının içində 50 min alman markası tapıb.

DW xəbər verir ki, o pulları yerli tapıntılar bürosuna təhvil verib.

6 ay ərzində heç kəs pullara sahib çıxmadığına görə onları tapan şəxsə qaytarıblar.

Kişi pulları heç cür xərcləyə bilməyib – alman markası 2001-ci ildən dövriyyədən çıxarılıb.

Lakin Mərkəzi Bankda ona pulları dəyişməkdə köməklik ediblər. Nəticədə tapıntı almaniyalıya 25,5 min avro (48 min manat) qazandırıb.

©Oxu.az


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları