15 C
Baku
Tuesday, September 27, 2022

Bazardan “könüllü” gedəcəyini planlayan “Rəvan Sığorta” digər şirkətdəki səhmlərini və əmlaklarını satıb

Könüllü ləğv ediləcəyini açıqlayan “Rəvan Sığorta” ASC artıq yerli şirkətlərdən birindəki payını satıb.

Banker.az-ın əldə etdiyi məlumata görə sığorta şirkətinin “Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45%-ni təşkil edən payının dəyəri ilkin ödəniş 38 min manat olmaqla ana şirkət olan “Nurgün Grup”a satıb. Bununla bağlı sığorta şirkətinin səhmdarları 12 iyunda qərar qəbul ediblər. “Sabah” İKF-də əslində sığorta şirkətinin 67.5 min manatlıq cəmi payı vardır.

Səhmlərin qalan məbləği 10 ay ərzində ödənilmək şərti ilə ana şirkətə veriləcək.

Sabah” İKF – 1998-ci ildə təsis edilib və 150 min manat nizamnamə kapitalı vardır.

Bundan əlavə 12 iyundakı yığıncaqlarda “Rəvan Sığorta”nın daşınmaz əmlakları Nigar Qasımova adlı rezident fiziki şəxsə satılıb. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 40 ünvanında yerləşən iki qeyri – yaşayış sahəsi və Xətai rayon, Babək pr. 8d ünvanında olmaqla cəmi 1 070 350 manatlıq əmlakı satılacaq.

Xatırladaq ki, “Rəvan Sığortan”nın səhmdarları “Nurgun Grup”, “Nurgün Motors” və ləğv edilən “NBC Bank” 10 avqustdakı ümumi yığıncaq keçirib, sığorta şirkətinin könüllü ləğv edilməsini planlamışdırlar.

Son xəbərlər
Oxşar xəbərlər