8 C
Baku
Sunday, November 17, 2024

Bazarın tələsinə düşməyin!

Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyev mənzil bazarında davam edən proseslər haqqında öz fikirləri ilə Banker.azla bölüşmüşdür.  Onun sözlərinə görə”  2014-cü ilin payızından daşınmaz əmlak bazarındakı depressiya bu gündə davam edir. Əgər biz bazardakı qiymətləri dollar ifadəsində nəzərdən keçiririksə bu halda sözsüz ki, bu günə kimi ancaq qiymət enməsi müşahidə edirik. Bununla yanaşı bazarda dövrü olaraq dollar qiymətlərinin qiymət artımları baş verirdi, ancaq bu artım növbəti dövrlərdə tam olaraq heçə enirdi.


Əgər qiymətləri manat ifadəsində nəzərdən keçiririksə bu halda baş vermiş iki devalvasiya nəticəsində fərqli mənzərə görürük.
Bazardan kənarda olan insanlar ilə bilavasitə bazarda olan insanlar arasında bazara baxış bu dövrdə kifayət qədər fərqlənib.
Çünki bazardan kənar olanlar bazar haqda məlumatları ancaq informasiya resurslarından əldə edirdilər.

Əgər açıq mənbələrdə olan məlumatları nəzərdən keçirsək, belə çıxır ki 2014-cü ilin payızından bu günə kimi qiymətlər həm dollar həmdə manatla ifadədə ancaq düşür. Dollar qiymətlərinə nisbətdə bu fikirlə tam razı olmaq olar.

Ancaq manat qiymətlərində proses köklü olaraq fərqli gedib. Bir çoxları ümumiyyətlə bu dövrdə olan qiymət artımını qəbul etmir. Hesab edirlər ki, qiymətlər müəyyən dövrlərdə artıb (məsələn devalvasiya dövründə), ancaq sonra bu artım tam olaraq yoxa enib və qiymət azalması davam edib. Bu fikirlərin yoxlanılmasının sadə üsulu var. Bunun üçün tərsinə hesablama kömək edər. Məsələn, 2014-ün pik həddindən fevral devalvasiyasına kimi daşınmaz əmlakların qiymətləri orta hesabla 10 faiz azalmışdı. Bu orta göstərici olmaqla yanaşı həmdə minimal qiymətləndirmədir. Bu gündə hesab edirik ki, bu rəqəm bəlkədə 15% olmuşdu. Fevral devalvasiyasından əvvəl likvidlik dəfələrlə düşdüyündən və əmlakı tez satmaq istəyi (qiymət azalmasının davam etməsi ehtimalına görə) belə nəticə verə bilərdi.

İki devalvasiya nəticəsində manat dollara nisbətdə 48% dəyərsizləşib ( 0,7850-in 1,50-yə nisbəti). Manat qiymətləri artmayıbsa belə çıxır ki, dollar qiymətləri 2014-ün payızından ən aşağısı 53% (10% devalvasiyaya kimi olan qiymət azalması, sonra əlavə 48% azalma) düşüb? Bu hələ minimal qiymətləndirmədir, rəqəmləri pessimist səviyyədə götürdükdə dollarla qiymət enməsi daha çox olur. Və nəzərə alın ki, bu orta göstəricilərdi. 53% orta göstərici o deməkdir ki, bəzi əmlaklar 60% bəziləri isə 45% düşüb. Siz 2014-ün payızında 100 min dollarlıq evi hazırda 47 min dollara ala bilirsinizmi? Ola bilər, ancaq az ərazilərdə. Əgər siz devalvasiyalar nəticəsində ümumiyyətlə manat qiymətlərinin ancaq azalmasını hesab edirsinizsə deməli azalma yəqin 60% ətrafında olub, yəni 2,5 dəfə azalma.
Bu mümkün deyil! Buna görədə belə çıxır ki, iki devalvasiya nəticəsində manat qiymətləri son nəticədə artıb və bu faktdır.

Buna görədə belə məlumatlarla qidalandırılan alıcılar mənzil almağa gedəndə tam fərqli mənzərə ilə rast gəlirlər.

Təəssüflər olsunki, son il yarımda daşınmaz əmlak bazarında qiymət tələsinə düşən çoxlu sayda alıcılar olmuşdur. Alıcı oxuyur ki qiymət ancaq enir və gedib ev alır. Yəni alıcılar nə təhlil aparır, nə də bazarla maraqlanır. Maraqlanmırlar ki, aldığı ev əvvəllər təqribən hansı qiymət intervalında olub. Digər tərəfdən alıcılar bazar haqda məlumatlarıda düzgün istifadə etmirlər. Bazar haqda ekspert qiymətləndirmələri ancaq məlumatlandırma xarakteri daşıyır və siz ev alacağınız təqdirdə bu məlumatın heç bir praktiki əhəmiyyəti yoxdur. Çünki bunlar ümumi məlumatlardı və orta göstəricilərə əsaslanır. Bazarda seqmentlər çoxdur elə ola bilər ki bahalı evlərin qiymətləri düşəndə ucuz evlərin qiyməti bahalaşa bilər.
Hazırda əmlak bazarı üçün həssas və “spekulyasiyalar” üçün münbit dövr yaxınlaşır. Bunun səbəbləri çoxdur. Onlardan biri neftin qiymətinin qalxmasıdır. Digər səbəb yay mövsümüdür ki, adətən bu dövr əmlak alınması üçün uyğun dövr hesab edilir . Digər səbəb qiymətlərin “dibdə” olması haqda mülahizələrdi ki, guya qiymətlər bundan sonra düşməyəcək. Nəyi necə etməyi alıcıların öz öhdəsinə buraxırıq, ancaq makroiqtisadi şərait yaxşılaşmasa əmlak bazarında dürüm müsbətə doğru getməyəcək.”

Son xəbərlər
Digər xəbərlər