Bizim fikrimizcə, Trampın Çindən gətirilən mallara yeni vergi tutmalarının tətbiqi ilə bağlı olan bütün təhdidlər, ABŞ-ın daxilində olan siyasi vəziyyət ilə əlaqəlidir. Əslində, orada seçki kampaniyası artıq başlayıb və prezident bu addımı ilə verdiyi vədlərini yerinə yetirdiyini göstərmək istəyir. Belə ki, Çin ABŞ-ın hegemonluğu üçün əsas təhlükələrdən biridir. Eyni zamanda Birləşmiş Ştatların rəhbərinin bu bəyanatı, Çinin bir sıra həssas mövzularda amerikan tərəfə güzəştə getməməsi ilə də bağlı ola bilər.
Banker.az xəbər verir ki, xarici ölkələrdə fond birjası güclü korporativ hesabatlara görə yaxşı vəziyyətdədir. Buna görə də Pekin və Vaşinqton arasında ticarət müqaviləsi qismində əlavə dəstəyə heç bir ehtiyac yoxdur. Eyni zamanda, əlbəttə ki, danışıqların uğursuz başa çatması halında ABŞ fond birjalarında aşağı yönlü düzəlişlərin olması gözlənilir, bu da öz növbəsində bütün dünya birjalarına təsir göstərəcəkdir.
ABŞ-ın təqdim etdiyi pozitiv makro statistika aldadıcıdır. Xatırladaq ki, statistik məlumatlara görə ölkədə aprel ayında iş yerlərinin artımı 263 min təşkil edib. Bu ilk baxışdan yaxşı olsa da, cari ilin ikinci yarısında faiz dərəcəsinin aşağı düşməsi ehtimalını azaldır, inflyasiya risklərini isə artırır.