21 C
Baku
Wednesday, June 4, 2025

“BazarStore” məhsulu üzərindəki qiymətdən baha satdığı üçün barəsində iş qaldırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi marketlər şəbəkəsi “BazarStore” MMC barəsində iş qaldırıb.

Banker.az xəbər verir ki, dövlət agentliyi marketlər şəbəkəsini qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması iddiası ilə cari ilin fevralında işə baxılıb.

Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması – İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə iş qaldırılıb. Bu maddəyə görə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “BazarStore” MMC 1999-cu ildə təsis edilib və 2011-ci ilə qədər “Ramstore” MMC adı altında bazarda fəaliyət göstərib. Hazırda 40 862 223 dollar nizamnamə kapitalına sahibdir.

Əvvəlki səhmdarı “Migros” şirkəti açıqlama yayaraq bildirmişdi ki, şirkətin Azərbaycanda 100% səhmdarı olduğu və üç mağazası fəaliyyət göstərən “Ramstore” MMC-nin səhmlərinin hamısı 14.25 mln. dollara Dubayda qeydiyyatdan keçən “Intersun Holding”ə satılıb.

Son xəbərlər
Digər xəbərlər