“Azərsun Holdinq” MMC-nin strukturunda olan “BazarStore” marketlər şəbəkəsinə yeni direktor təyin edilib.
Banker.az xəbər verir ki, İbrahim Səmədi (Ibrahim Samadı) “BazarStore” MMC-nin rəhbəri təyin edilib.
İ.Səmədi bu vəzifədə Burhan Sevahili əvəz edib. B.Sevahil 2017-ci ilin noyabrından marketlər şəbəkəsinə rəhbərlik edirdi.
İndiyə qədər “BazarStore”də direktor olmuş şəxslər:
- Alparslan Uğur Əhməd Fəraği – 2007 iyun
- Durmuş Aras Bestami – 2007 iyun – 2011 mart (bu tarixə qədər “Ramstore” MMC)
- Ruslan Əliyev Qənimət oğlu – 2011 mart – 2012 aprel
- Aydemir Şükrü – 2012 aprel – 2012 avqust
- Zeynab Konyar – 2012 avqust – 2019 fevral
Xatırladaq ki, “BazarStore” MMC 1999-cu ildə təsis edilib və 2011-ci ilə qədər “Ramstore” MMC adı altında bazarda fəaliyət göstərib. Hazırda 40 862 223 dollar nizamnamə kapitalına sahibdir.
Əvvəlki səhmdarı “Migros” şirkəti açıqlama yayaraq bildirmişdi ki, şirkətin Azərbaycanda 100% səhmdarı olduğu və üç mağazası fəaliyyət göstərən “Ramstore” MMC-nin səhmlərinin hamısı 14.25 mln. dollara Dubayda qeydiyyatdan keçən “Intersun Holding”ə satılıb.