“Bazarstore” MMC-yə cərimə protokolu yazılıb.
Banker.az xəbər verir ki, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
İXM-in 275.2-ci maddəsinə görə, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Vaqif Həsənovun icraatına verilib.