Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC-yə yeni rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, Burhan Sevahil “OMİD” MMC-yə yeni baş icraçı direktor (CEO) təyin edilib.
B.Sevahil 2017-ci ilin noyabrından “BazarStore” MMC marketlər şəbəkəsinə rəhbərlik edirdi.
Onu da qeyd edək ki, “Azərsun Holdinq” MMC-nin strukturunda olan “Bazarstore” marketlər şəbəkəsinin rəhbəri vəzifəsində İbrahim Səmədi Burhan Sevahili əvəz edib.